Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 min 531,8 ton makaron məmulatları istehsal edilib.
"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 0,1 % çoxdur.
Martın 1-nə müəssisələrin anbarlarında 150 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 12,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.