ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtona 20 tanker neft təqdim edəcəyini iddia edib.
Moderator.az xəbər verir ki, o, bu barədə açıqlamanı Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə verib.
“Bu gün onlar bizə daha bir "hədiyyə" etdilər. 20 tanker neft verdilər və daşınma sabah başlayacaq”, – deyə Tramp qeyd edib.
Onun açıqlamasında bu razılaşmanın detalları və şərtləri ilə bağlı əlavə məlumat verilməyib.