RU

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar ola bilər

Yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda münaqişənin nizamlanmasına dair ABŞ və İran arasında danışıqlar keçirilə bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Pakistanın XİN rəhbəri Məhəmməd İshaq Dar İslamabadda Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə danışıqlardan sonra keçirilən brifinqdə deyib. 

 

Onun sözlərinə görə, hər iki tərəf arasında danışıqlara ev sahibliyi etmək Pakistan üçün şərəfdir: “İran və ABŞ-ın danışıqlara yardım məsələsində Pakistana etimad göstərməklərindən çox şadıq”.

 

Xatırladaq ki, bu gün Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda ABŞ və İran arasındakı münaqişənin həlli yollarını müzakirə ediblər.

Избранный
1
3
senzor.az

4Источники