RU

Quliyevə yeni təyinat verildi

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.

A qrupunun qarşılaşması martın 31-də Tırqovişte şəhərində yerləşən “Eugen Popesku” stadionunda olacaq.

Избранный
9
1
sportinfo.az

2Источники