RU

Zərbələr nəticəsində İranın su istehsalı zavodu sıradan çıxıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranda yerləşən Xondab ağır su istehsalı zavodu hücum nəticəsində ciddi zərər görərək fəaliyyətini dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məlumat yayıb.

Qeyd olunur ki, nəticələr peyk görüntülərinin müstəqil təhlili və obyektlə bağlı məlumatlar əsasında çıxarılıb. Agentlik bildirib ki, zavod İran tərəfinin martın 27-də xəbər verdiyi hücum nəticəsində zədələnib.

Eyni zamanda vurğulanıb ki, sözügedən obyektdə bəyan edilmiş nüvə materialları mövcud olmayıb.

Məlumata görə, Arak yaxınlığında yerləşən Xondab nüvə kompleksi 1998-ci ildən inşa olunub və tərkibinə IR-40 tədqiqat reaktoru ilə ağır su istehsalı qurğusu daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
1
oxu.az

2Источники