RU

Şirvanda yaşayış evində partlayış baş verib (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəŞirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınlamüşaiyət olunmayan partlayış baş verməsi barədə məlumat daxilolub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətininqüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanıvətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlımənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışınbaş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb və 1 nəfərxəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizliktədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmaaparılır.

Şirvanda
Şirvanda
Şirvanda
Şirvanda
Şirvanda
Избранный
38
18
az.trend.az

10Источники