RU

12 yaşlı Mehriban 7-ci dəfə Azərbaycan çempionu oldu

12 yaşlı şahmatçı Mehriban Əhmədli 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.

NOCOMMENT.az xəbər verir ki, Mingəçevir şəhər 3 saylı orta məktəbin 5-ci sinif şagirdi olan Mehriban Elmar qızı Əhmədli bu gün Gəncə şəhərində 12 yaşlı idmaçı qızlar arasında keçirilən Şahmat üzrə Ölkə Çempionatında birinci olub. 34 şahmatçı arasında uğurlu çıxışları ilə yadda qalan Mehriban Əhmədli son turun nəticəsindən asılı olmayaraq bu yaşında ardıcıl olaraq 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.

Qeyd edək ki, şahmatçı indiyədək iki dəfə ənənəvi şahmat üzrə Avropa, blits və rapid şahmatı üzrə isə iki dəfə Dünya çempionu adını qazanıb./unikal/

Избранный
6
2
nocomment.az

3Источники