“Tehran Times” nəşrinin yaydığı məlumata görə, İran təhlükəsizlik xidmətləri ABŞ-nin ölkənin cənubunda və şimal-qərbində yerləşən strateji əhəmiyyətli hava limanlarını ələ keçirmək məqsədilə genişmiqyaslı hava əməliyyatı planlaşdırdığını iddia edir.
KONKRET.az xəbər verir ki, potensial hədəflər siyahısına Bəndər-Abbas, Kirmanşah, Urmiya və Təbriz hava limanları daxildir.
İran kəşfiyyatındakı mənbələr bu hava əməliyyatının ölkənin şimal-qərb sərhədlərində müxtəlif silahlı qruplaşmaların qurudan müdaxiləsi ilə koordinasiyalı şəkildə həyata keçirilə biləcəyini vurğulayırlar.
Hazırda regionda gərginlik pik həddə çatıb və tərəflərin hərbi hazırlıqları diqqətlə izlənilir.