RU

Ofsayd qərarları artıq robot lara həvalə olunur

ain.az, Qol.az saytına istinadən bildirir.

Ofsayd qərarları artıq "robot"lara həvalə olunur

Polşa çempionatında çıxış edən klublar ofsayd qərarları üçün yeni texnologiyaya keçid edəcək.

QOL.az xəbər verir ki, “Meczyki”nin məlumatına görə, klublar yarımavtomatlaşdırılmış SAOT sisteminə investisiya qoymaq qərarı verib.

Texnologiyanın tədarükçüsü kimi "Hawk-Eye" şirkəti seçilib və tərəflər arasında 4 illik müqavilə imzalanması planlaşdırılır.

Yeni sistem növbəti mövsümdən tətbiq olunacaq və VAR ilə televiziya yayımına inteqrasiya ediləcək. Bunun üçün stadionlarda əlavə kameralar quraşdırılacaq.

Qeyd edək ki, bu yeniliyin hakim qərarlarının daha sürətli və dəqiq verilməsinə kömək edəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
qol.az

2Источники