RU

Papa müharibə aparan liderləri sərt tənqid etdi

Roma Papası XIV Leo “Palm Sunday” çıxışında müharibə aparan liderləri sərt tənqid edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Roma Papası bildirib ki, müharibə aparan və “əlləri qanlı olan” liderlərin duaları Tanrı tərəfindən qəbul edilmir. O, vurğulayıb ki, İsa Məsih zorakılığa haqq qazandırmaq üçün istifadə oluna bilməz. Pontifik çıxışında hazırda davam edən İran müharibəsini “dəhşətli” adlandırıb və dünyada artan zorakılıqlardan narahatlığını ifadə edib.

Papa həmçinin beynəlxalq ictimaiyyəti sülhə çağıraraq, münaqişələrin dini əsaslarla əsaslandırılmasının yolverilməz olduğunu qeyd edib.

Избранный
56
8
metbuat.az

10Источники