RU

Millimiz Syerra Leone ilə oyuna hazırdı

"FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığması ilə üz-üzə gələcək millimiz oyundan əvvəl məşqə çıxıb.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun komandasının "Dalğa Arena"da gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

Qarşılaşma sabah Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19.00-da start götürəcək. Millimiz martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Избранный
12
3
football-plus.az

10Источники