RU

Azərbaycanın dörd parataekvondoçusu Antalyada medal qazandı

Azərbaycan parataekvondoçuları Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

90deqiqe.Az xəbər verir ki, Antalya şəhərində təşkil olunan Türkiyə Açıq Beynəlxalq Turnirində Azərbaycanın dörd parataekvondoçusu fəxri kürsüyə yüksəlib.

K44 kateqoriyasında mübarizə aparan təmsilçilərimizdən Səmayə Həsənova (47 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və İmaməddin Xəlilov (70 kq) yarışı bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan parataekvondoçuları beynəlxalq turnirdə növbəti uğurlarına imza atıblar.

Избранный
3
12
90deqiqe.az

10Источники