RU

"FIFA Series – 2026": Azərbaycan millisi son oyundan əvvəl məşqə çıxıb

"FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığması ilə üz-üzə gələcək Azərbaycan millisi oyundan əvvəl məşqə çıxıb.

"Far.Az"un məlumatına görə, Ayxan Abbasovun komandasının "Dalğa Arena"da gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, qarşılaşma martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək. Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Избранный
7
4
far.az

10Источники