RU

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İranın Küveyt əmirliyi ərazisindəki hərbi düşərgələrdən birinə endirdiyi zərbə nəticəsində Küveyt Silahlı Qüvvələrinin 10 hərbi qulluqçusu yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud əl-Atvan məlumat yayıb.

Nazirlik rəsmisinin Küveyt Silahlı Qüvvələri Baş Qərargahının "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatında deyilir:

"Son 24 saat ərzində Silahlı Qüvvələr Küveytin hava məkanında düşmənə məxsus 14 ballistik raket və 12 pilotsuz uçuş aparatı qeydə alıb. Hərbi düşərgələrdən birinə endirilən zərbə nəticəsində 10 hərbi qulluqçu xəsarət alıb, onlara lazımi tibbi yardım göstərilir. Obyektə ciddi maddi ziyan dəydiyi də qeydə alınıb".

Əl-Atvan həmçinin əlavə edib ki, özəl logistika şirkətinə məxsus anbarlar da hücuma məruz qalıb.

Orada maddi ziyan olsa da, insan tələfatı qeydə alınmayıb.

Müdafiə Nazirliyinin yenilənmiş məlumatlarına görə, fevralın 28-dən bəri Küveyt hərbçiləri ölkənin hava məkanında ümumilikdə 307 ballistik və 2 qanadlı raket, həmçinin 616 pilotsuz uçuş aparatı qeydə alıblar.

Bizim.Media

Избранный
4
50
bizim.media

10Источники