RU

Ukrayna Rusiyanın ən böyük ixrac limanlarından birini vurdu…



Rusiyanın Baltik dənizi sahilindəki Leninqrad bölgəsindəki Ust-Luqa limanına dron hücumu olub. Hücumdan sonra limanda güclü yanğın baş verib.

Regional qubernator Aleksandr Drozdenko limanın ziyan gördüyünü açıqlayıb. Gecə saatlarında verilən hava təhlükəsi xəbərdarlığından sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Hakimiyyət orqanları səhər tezdən çoxsaylı dronların zərərsizləşdirildiyini açıqlayıb və Ust-Luqa limanının əvvəllər 25 mart gecəsi oxşar hücumda hədəfə alındığını xatırladıb. Bölgədəki sənaye müəssisələri də son hücumlardan təsirlənib.

Baltik dənizi sahilində yerləşən Ust-Luqa limanı Rusiyanın ən böyük ixrac qapılarından biridir və neft, kömür və maye qazın daşınmasında mühüm rol oynayır. Avropa bazarlarına yaxınlığı ona strateji əhəmiyyət verir və ölkənin enerji və logistika zəncirində əsas mərkəzə çevrilir.

Tahir TAĞIYEV

Избранный
3
21
baki-xeber.com

10Источники