Pakistanın paytaxtı İslamabadda keçirilən “Türkiyə-Misir-Pakistan-Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin toplantısı”nda diqqətçəkən an yaşanıb.
Bizim.Media xəbər verir ki, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar misirli həmkarını qarşılayarkən kameralar önündə yıxılıb.
Məlumata görə, İshaq Dar foto çəkilişi üçün misirli nazirə doğru irəlilədiyi anda yerə yıxılıb və həmin görüntülər toplantıya damğa vurub.
İslamabadda keçirilən görüşdə Yaxın Şərqdəki son hadisələr müzakirə olunur.
Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan iştirak edirlər.
Bununla yanaşı, Türkiyənin xarici işlər naziri Hakan Fidanın İslamabadda pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə ikitərəfli görüşlər keçirdiyi də bildirilir.
Bizim.Media