RU

Syerra-Leone millisinin məşqçisi: Azərbaycan keyfiyyətli komandadır

SUMQAYIT, 29 mart. TELEQRAF

“FIFA Series-2026” turniri çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Syerra-Leone yığmasının köməkçi məşqçisi Pol Kpaka mətbuat konfransında iştirak edib.

Teleqraf xəbər verir ki, mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matça ciddi hazırlaşdıqlarını bildirib. O, Azərbaycan seçməsinin Sent-Lüsiya ilə oyununu təhlil etdiklərini vurğulayıb:

“Azərbaycan seçməsi daha çox hücum edən tərəf idi. Hər iki hissədə üç qol vurulması onların keyfiyyətli komanda olduğunun göstəricisidir. Bizim üçün FIFA reytinqində irəliləmək vacibdir, buna görə də oyuna tam ciddi yanaşırıq.

Keçmişdə İntertoto kuboku çərçivəsində "Neftçi"yə qarşı oynamış Pol Kpaka Bakının və ölkənin idman infrastrukturunun müsbət mənada çox dəyişdiyini də əlavə edib.

Qeyd edək ki, Azərbaycan - Syerra-Leone matçı martın 30-da baş tutacaq.

Избранный
10
50
teleqraf.com

10Источники