Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə məşqçilərin peşəkar inkişafı istiqamətində növbəti addım atılıb.
"Football-plus.az" verir ki, Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın C kateqoriyalı məşqçi kursunun sonuncu mərhələsi baş tutub.
Kursun proqramına həm nəzəri, həm də praktiki məşğələlər daxil edilib. Tədris prosesinə təcrübəli təlimatçılar İlham Əzizzadə və Dəyanət Əliyev rəhbərlik ediblər.
UEFA C lisenziyası məşqçilik karyerasına yeni başlayan mütəxəssislər üçün fundamental pillə hesab olunur. Kursun əsas məqsədi uşaq və gənclər futbolunda çalışan məşqçilərə müasir futbolun tələblərini, metodologiyasını və pedaqoji prinsiplərini aşılamaqdır. Məşğələlərdə iştirak edən namizədlər təlimatçıların nəzarəti altında müvafiq tapşırıqları yerinə yetirərək biliklərini nümayiş etdiriblər.
Qeyd edək ki, kursu uğurla başa vuran iştirakçılar imtahan verdikdən sonra beynəlxalq dərəcəli UEFA C lisenziyasını əldə edəcəklər. C lisenziya ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və UEFA konvensiyasını imzalayan ölkələrin ərazisində məşqçilik fəaliyyəti göstərmək mümkündür.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта