ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda rəsmi görüş zamanı yıxılıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə Məhəmməd İshaq Darın ölkənin Xarici İşlər Nazirliyində misirli həmkarı Bədr Abdelatini qarşılayarkən baş verib.
Belə ki, qarşılama mərasimi zamanı pakistanlı nazirin ayağı sürüşüb və yıxılıb.
Darın hadisə zamanı xəsarət almadığı və görüşün planlaşdırıldığı kimi keçirildiyi qeyd olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.