RU

AFFA nümayəndələri futbolda sosial məsuliyyəti müzakirə ediblər - FOTO

AFFA-nın nümayəndə heyəti Moskvada Rusiya Futbol İttifaqı (RFİ) tərəfindən təşkil olunan “Dayanıqlı İnkişaf və Futbolda Sosial Məsuliyyət” mövzusuna həsr edilmiş seminarda ölkəmizi təmsil edib.

İdman.Biz xəbər verir ki, iki günlük tədbirdə AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin aparıcı mütəxəssisi Şəbnəm Eyyubova və Futbolda Sosial Layihələr üzrə menecer Zəhra Vəlizadə iştirak ediblər. Seminara həmçinin Rusiya futbol klublarının nümayəndələri, Qazaxıstan və Belarusdan olan mütəxəssislər qatılıblar.

Seminarın əsas məqsədi futbolda dayanıqlı inkişaf sahəsində təcrübə mübadiləsi aparmaq və sosial məsuliyyət layihələrini müzakirə etmək olub. Tədbir çərçivəsində AFFA nümayəndələri xüsusi təqdimatla çıxış ediblər. Onlar Azərbaycanda həyata keçirilən sosial və inklüziv futbol layihələri, bu sahədə qazanılan uğurlar və gələcək planlar barədə ətraflı məlumat veriblər.

İdman.Biz
Избранный
3
5
idman.biz

7Источники