RU

Binəqədidəki yanğın söndürüldü - FOTO - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, yanğın nəticəsində bir dam altında tikilmiş, ümumi sahəsi 3100kv.m. olan anbarın yanar konstruksiyaları 600kv.m. sahədə yanıb.

Anbarın böyük hissəsi və bitişik yerləşən digər tikililər yanğından mühafizə olunub.

***

Bu gün saat 11.42-də Bakı şəhəri, Binəqədi rayon Binəqədi şosesində mebel anbarında və istehsalat sexində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev bildirib. 

Taleh Babayev deyib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib: “Mebel sexində və anbarda yanğının baş verməsi müşahidə olunub. Yanğının mürəkkəbliyi nəzərə alınaraq əlavə qüvvələr hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb”.

Xidmət rəis müavini nəzərə çatdırıb ki, yanğın zamanı təxminən sçahəsi 3100 kv.m olan bir dam altında tikilmiş anbarın 600 kv.m sahəsində mebel istehsalı üçün nəzərdə tutulmuş materiallar, hazır mallar yanıb: “Qalan sahə yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı hər hansı xəsarət halı, tüstüdən zəhərlənmə qeydə alınmayıb”. 

***
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

22222222
Избранный
9
25
redaktor.az

10Источники