ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Pakistanın paytaxtı İslamabadda keçirilən yüksək səviyyəli rəsmi qarşılanma mərasimi gözlənilməz hadisə ilə yadda qalıb.
Yeniavaz.com xəbər verir ki, ölkənin Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar misirli həmkarı Badr Abdelattyni qəbul edərkən müvazinətini itirərək yıxılıb.
İnsident nazirlərin protokol qaydalarına uyğun olaraq xalça üzərində irəlilədiyi anda baş verib. Ayağı sürüşən İshaq Dar qəfil yerə yıxılıb. Ətrafdakı mühafizəçilər və rəsmi şəxslər dərhal müdaxilə edərək naziri ayağa qaldırıblar. Məlumata görə, nazir xəsarət almayıb və baş verən hadisəyə baxmayaraq, təmkinini pozmadan diplomatik protokolu davam etdirib.
Xatırladaq ki, sözügedən qarşılanma Yaxın Şərqdə artan gərginliyi müzakirə etmək üçün təşkil olunan regional sammit çərçivəsində baş tutub. Pakistanın ev sahibliyi etdiyi bu mühüm görüşdə Misir, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri iştirak edirlər.
Müzakirələrin əsas mövzusu regional sabitliyin qorunması, xüsusilə ABŞ və İran arasındakı gərginliyin azaldılması yollarının tapılmasıdır.
View this post on Instagram
A post shared by Yeniavaz.com (@yeniavaz_com)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.