RU

BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub

Bakı Dövlət Universiteti “BDU könüllüləri” təşkilatının təşəbbüsü, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə keçirilən “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub.

Bu barədə AZƏRTAC BDU-dan məlumat verilib.

Kampaniyaya uyğun olaraq martın 28-də saat 20:30-dan başlayaraq BDU-nun tədris korpusunda işıqlar bir saatlıq söndürülüb.

Qeyd edək ki, bu il dünyada “Yer saatı”nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub. O vaxtdan bəri ölkəmizdə kampaniya hər il IDEA-nın dəstəyi ilə keçirilir. Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq “Yer saatı” milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir.

Избранный
2
2
azerbaijan-news.az

3Источники