"Mercedes"in italiyalı pilotu Andrea Kimi Antonelli "Formula 1"də tarixi rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, italiyalı idmançı bu uğuru Yaponiya Qran-prisinin qalibi adını qazanmaqla reallaşdırıb.
Hazırda 72 xalla ümumi sıralamada 1-ci yerdə mövqe tutan Antonelli "Formula 1" tarixində liderliyə yüksələn ən gənc ( 19 yaş 216 günlüyündə) pilot olub.
Qeyd edək ki, əvvəlki rekord Lüis Hemiltona (22 yaş 126 günlük) məxsus idi.
Toğrul