RU

Binəqədi rayonunda mebel anbarında və sexində yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB-5

Bu gün saat 11.42-də Bakı şəhəri, Binəqədi rayon Binəqədi şosesində mebel anbarında və istehsalat sexində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev bildirib.

Taleh Babayev deyib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib: “Mebel sexində və anbarda yanğının baş verməsi müşahidə olunub. Yanğının mürəkkəbliyi nəzərə alınaraq əlavə qüvvələr hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb”.

Xidmət rəis müavini nəzərə çatdırıb ki, yanğın zamanı təxminən sçahəsi 3100 kv.m olan bir dam altında tikilmiş anbarın 600 kv.m sahəsində mebel istehsalı üçün nəzərdə tutulmuş materiallar, hazır mallar yanıb: “Qalan sahə yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı hər hansı xəsarət halı, tüstüdən zəhərlənmə qeydə alınmayıb”.

***

saat 14.20

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.

FHN-dən APA-ya verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Избранный
12
5
yeniazerbaycan.com

10Источники