RU

DİN-dən ƏMƏLİYYAT: oğurluq edən şəxslərSAXLANILDI

Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, analoji hadisə Yasamal rayonunda da qeydə alınıb. "Toyota" markalı avtomobildən qulaqcıq və digər əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Q.Sultanov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Bundan başqa, Xətai rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs azyaşlı qızın 400 manat dəyərində qızıl sırğasını ələ keçirərək hadisə yerindən yayınıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı K.Əliyev müəyyən olunaraq saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Избранный
14
14
Ajans.az

10Источники