RU

Gəncədə sərbəst güləş məşqləri ödənişsiz oldu

Gəncədə idmanın kütləviliyini artırmaq və gənc nəsli sağlam həyat tərzinə yönəltmək məqsədilə mühüm addım atılıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının təşkilati dəstəyi ilə Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə tam ödənişsiz yeni bölmələr fəaliyyətə başlayıb.

Bu yeni layihə çərçivəsində 7-11 yaş arası uşaqlar peşəkar məşqçilərin nəzarəti altında güləşin sirlərinə yiyələnəcəklər.

Məşqlər uşaqların məktəb qrafiki nəzərə alınaraq iki fərqli qrup üzrə təşkil olunub:
I, III və V günlər: Saat 18:15-19:45
II, IV və VI günlər: Saat 17:00-18:30

Maraqlanan şəxslər qeydiyyat və əlavə məlumat üçün birbaşa Gəncə Olimpiya İdman Kompleksinə müraciət edə bilərlər.

İdman.Biz
Избранный
20
1
idman.biz

2Источники