RU

Rusiyanın strateji limanında vəziyyət ağırlaşdı: Alovun qarşısı alınmır

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Leninqrad vilayətində yerləşən strateji əhəmiyyətli Ust-Luqa limanına növbəti dəfə zərbələr endirib.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, artıq dördüncü gündür ki, liman ərazisindəki zavodda başlayan yanğının qarşısını almaq mümkün olmur.

Məlumata görə, ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) "Novatek" şirkətinə məxsus qaz-kondensat zavodunu yenidən hədəfə alıb. Hadisə şahidlərinin sözlərinə görə, ərazidə güclü partlayış səsləri eşidilib və ardınca alov göyə ucalıb.

Qeyd edək ki, Ust-Luqa limanı Rusiyanın enerji resurslarının ixracı üçün ən kritik nöqtələrdən biri hesab olunur. Bu zavodun sıradan çıxması Rusiyanın yanacaq ixracına və ordunun logistik təminatına ciddi zərbə vurur.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
24
31
yenisabah.az

10Источники