RU

Ceyhun Bayramov: "İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!"

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə "X" sosial media hesabında paylaşım edib.

"Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də iki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!" - C. Bayramov paylaşımda qeyd edib.

Daha əvvəl İranın XİN başçısı Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.

Избранный
3
34
publika.az

10Источники