RU

Polis ƏMƏLİYYAT KEÇİRDİ - 17 nəfər saxlanıldı

Azərbaycanda martın 28-də cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Bu barədə "Cebheinfo.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyə edilib.

"Cebheinfo.az" 

Избранный
15
49
cebheinfo.az

10Источники