BAKI, 29 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış “BMW” markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.