RU

İran ABŞ-ı Yaxın Şərqdəki iki universiteti bombalamaqla HƏDƏLƏDİ

Ağ Ev İrandakı universitetlərə endirilən zərbələri pisləməlidir, əks halda İslam Respublikası ABŞ-ın Yaxın Şərqdəki universitetlərinə hücum edəcək.

Publika.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu cür ultimatum irəli sürüb.

"Əgər ABŞ administrasiyası regiondakı universitetlərinin (ikisi istisna olmaqla) hücuma məruz qalmasını istəmirsə, onun nümayəndələri 30 mart, Tehran vaxtı ilə saat 12:00-a qədər İran ali məktəblərinin atəşə tutulmasını pisləməlidirlər", - deyə SEPAH-ın bəyanatında bildirilir.

İran tərəfi dəqiqləşdirib ki, ABŞ-ın Yaxın Şərqdəki iki universiteti Vaşinqtonun addımlarından asılı olmayaraq, "bombalanmış İran ali məktəblərinin qisası olaraq" dağıdılacaq. Bununla belə, SEPAH-ın bəyanatında söhbətin konkret hansı universitetlərdən getdiyi qeyd olunmayıb.

Избранный
12
45
publika.az

10Источники