Yəmənin "Ənsar Allah" (Husi) hərəkatı 24 saat ərzində ikinci dəfə İsrailə raket və pilotsuz təyyarələrlə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə üsyançı qüvvələrin sözçüsü Yəhya Saria "Telegram"a bildirib.
" İraq, İran, Livan və Fələstini dəstəkləyən əməliyyatımızın ikinci mərhələsinin bir hissəsi olaraq, İsrailin cənubundakı hədəflərə qanadlı raketlər və PUA-lardan istifadə edərək hücum etdik", - deyə o bildirib.
Saria əlavə edib ki, husilər yaxın günlərdə İsrailə hücum etməyə davam edəcəklər.