RU

Karol Navrocki ABŞ-də Aİ-nin siyasətini tənqid edib

Polşa Prezidenti Karol Navrotski ABŞ-yə səfəri zamanı Avropa Birliyinin siyasətini tənqid edib.

"Far.Az"un "RMF FM"ə istinadən verdiyi məlumata görə, Polşa lideri Dallasda keçirilən CPAC mühafizəkar konfransında çıxışı zamanı bu fikirlərini bölüşüb.

O bildirib ki, Avropa İttifaqında qərarlar tez-tez bürokratlar tərəfindən sağlam düşüncəyə zidd olaraq qəbul edilir və bu, onun fikrincə, Avropanı gücləndirmək əvəzinə, zəiflədir.

Navrotski həmçinin Aİ-nin enerji siyasətinin həyata keçirilmə tempindən narazılığını ifadə edərək, onun çox tez və iqtisadi təhlükəsizlik baxımından lazımi tədbirlər görülmədən həyata keçirildiyini qeyd edib.

Избранный
40
3
far.az

4Источники