RU

FHN: Xaçmazda evlərə su dolub, köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib -

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Qeyd edilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolması və köməksiz vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.

 

FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla, ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.





Избранный
17
34
senzor.az

10Источники