RU

Azıx mağarasında heyrətləndirən tapıntı: SSRİ nin gizlətdiyi sirr açıldı FOTO

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilmirdi. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.

1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və bundan sonra sovet alimləri qəbullanmağa başladılar ki, təxminən Azərbaycanda 350-400 min il bundan əvvəl insan yaşayıb.

“Azıx” sözünün mənası “ayı sığınacağı” deməkdir. Azıx mağarasının sahəsi 800 kv.km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Mağara haqqında çox fakt yazmaq olar, lakin mağaranın bir sirri var.  Məlumdur ki, qədim insanlar ilk tanrılarını heyvanlar arasından seçmiş və onlara bir kult kimi sitayiş etmişlər.

Azərbaycan ərazisində heyvanların ruhlarına inamla  bağlı yaranmış ilk inanclara Azıx mağarasında rast gəlinib. Burada qayalar arasında gizlədilmiş mağara ayılarının kəllələrinə təsadüf olunub.

Söhbət bugünkü qonur ayılardan getmir. Bu, nəsli kəsilmiş Mağara ayısıdır. Azıx mağarasında təkcə ayı deyil, nəsli kəsilmiş nəhəng maral, kərgədan və mağara şiri kimi heyvanların da sümükləri tapılıb.

Azıx mağarasında aparılan qazıntılar zamanı arxeoloqlar çox maraqlı bir mənzərə ilə qarşılaşıblar. Mağaranın xüsusi bir küncündə mağara ayılarının kəllə sümükləri müəyyən bir nizamla düzülmüşdü.

Həmin ayıların birinin kəlləsinin üzərinə 9 paralel xətt çəkilib. Əldə olunan ayı kəllələrinin qayalar arsında gizlədilməsi həmin dövrdə yaşamış insanların animist baxışların ilk rüşeyimləri sayıla bilər. Azıxda təsdiqlənmiş “kəlləyə sitayiş” faktı Cənubi Qafqaz sakinlərində ətraf mühitin hadisələri haqqında ən erkən, başlanğıc səciyyəvi təsəvvürlərin yarandığını göstərir.

Azıx mağarasından tapılmış dini təsvirli ayı kəlləsi

Sonralar həmin təsəvvürlər zəminində ilkin din meydana gəldi. Bu dini inanca görə Ayı qanı və Ayı əti xüsusi yer tuturdu. Tanrının (ayının) müqəddəs qanı torpağa düşməməli idi.

Təzə qanı adətən ayin qabına yığardılar və onu icmanın yaşca böyük üzvü içərdi. Aynların təsəvvürlərinə görə, bu qan insana sirli qüvvələr verir, ovda müvəffəqiyyət qazanmağa kömək edir. Sonra öldürülmüş vəhşinin üstündə dua oxunur və ətin bölüşdürürdülər. Ayının sümüklərini ətdən diqqətlə təmizləyirdilər, kəllə sümüyünü xüsusi ritual üçün gizli yerə qoyub, digər sümüklərini meşədə basdırırdılar.

Azərbaycanın ən qədim tarixi abidələrindən biri olan Azıx mağarasında aşkar olunmuş ayı kəllələrindən birinin üzərində bir neçə çərtmə edilib. Həmin çərtmələrdən 7-si paraleldir. Ay gözlə yaxşı müşahidə olunan, Yerə ən yaxın səma cismidir.

Yeni Ayın çıxmasından sonra Ayın birinci dörddə biri təxminən 7 gündən sonra aşkara çıxır, onun ikinci dörddə biri isə təxminən 14 gündən sonra zahirə çıxır. Belə ki, Azıx mağarasında ayının kəlləsində çərtilmiş 7 xətt qədim insanların səma cismi olan Ayın dövriyyəsi barədə xəbərdar olduqlarından, astronomiya ilə bağlı təsəvvürlərindən xəbər verir.

Artıq Azıx mağarası bizimdir.

Bundan sonra alimlərin üzərinə iş düşür ki, dünyada 4-cü sayılan qədim insan məskəni olan Azıx mağarasını dünyaya qəbul etdirə bilsinlər. Orda tədqiqatlar aparılsın, davamlı şəkildə turist axını ora təşkil edilsin.

Prof.Dr. Zaur Aliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
globalinfo.az

1Источники