RU

“Biləsuvar” gömrük postunda 56 kq-dan artıq marixuana aşkar edildi

Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Senzor.az Dövlət Gömrük Kimitəsinə istinadən bildirir ki, “Kahı, kərəviz və gül kələm” yükü aparan nəqliyyat vasitəsinə “Biləsuvar” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsində "kahı" yükünün içərisində qablaşdırılaraq gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

 

Избранный
6
25
senzor.az

10Источники