RU

TƏCİLİ: İraqda Bərzaninin iqamətgahı VURULDU - VİDEO

İraqın şimalındakı Duhok şəhərində İraq Kürdistanı Regionunun prezidenti Neçirvan Bərzaninin iqamətgahı pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi region hökumətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hücum zamanı iqamətgah boş olub. Hadisə nəticəsində ciddi maddi ziyan dəysə də, xəsarət alan olmayıb. Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

İraqın baş naziri Məhəmməd Şiə Əs-Sudani Bərzani ilə telefon danışığı zamanı baş verənləri qətiyyətlə pisləyib. Baş nazirin göstərişi ilə federal hakimiyyət və İraq Kürdistanı hökumətinin təhlükəsizlik və texniki mütəxəssislərindən ibarət birgə qrup yaradılıb. Qrup hadisəni araşdıracaq və günahkarların qanun qarşısında cavab verməsi üçün lazımi tədbirlər görəcək.

Musavat.com

Избранный
24
musavat.com

1Источники