AFFA-nın bayrağı altında təşkil edilən aşağı yaş qrupları üzrə liqalarda həftəsonuna planlaşdırılan oyunlar təxirə salınıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qurumun rəsmi saytından verilən məlumata görə, U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında keçirilməsi nəzərdə tutulan qarşılaşmalar qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar baş tutmayacaq.
Qeyd edək ki, daha əvvəl U-15, U-16, U-17 və Gənclər Liqasının bu həftəsonuna planlaşdırılan oyunlarının da təxirə salındığı açıqlanmışdı.