RU

“Euronews”da Azərbaycan Su İdman Növləri Federasiyası haqqında geniş reportaj yayımlanıb

“Euronews” televiziya kanalında Azərbaycan Su İdman Növləri Federasiyasının fəaliyyəti ilə bağlı geniş reportaj yayımlanıb.

90deqiqe.Az xəbər verir ki, reportajda Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrananın Azərbaycana səfəri barədə ətraflı məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində beynəlxalq federasiya rəhbərləri federasiyanın inzibati binası ilə tanış olub, həmçinin Bakı Avarçəkmə və Kanoe İdman Klubuna və Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə baş çəkiblər.

Səfər zamanı tərəflər Sərsəng su anbarında beynəlxalq avarçəkmə və kanoe yarışlarının təşkili perspektivlərini də müzakirə ediblər. Qeyd olunub ki, bu məkan gələcəkdə beynəlxalq yarışların keçirilməsi üçün potensial idman obyektlərindən biri hesab olunur.

Xatırladaq ki, Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı Sərsəng su anbarında avarçəkmə yarışlarının keçirilməsi imkanlarının olduğunu vurğulayıb və bu istiqamətdə perspektivlərin yüksək olduğunu bildirib. Qısa müddət ərzində Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən beynəlxalq federasiya rəhbərlərinin Sərsəng su anbarına səfəri təşkil edilib.

Избранный
2
15
90deqiqe.az

10Источники