RU

Sel Ağsuda avtomobil yolunu yararsız hala saldıVİDEO

Yağıntılı hava nəticəsində Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

Xezerxeber.az xəbər verir ki, selin yaratdığı fəsadlar nəticəsində Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Hazırda sakinlər alternativ yoldan istifadə edirlər.

O da qeyd edilib ki, hava sabitləşən kimi yolun bərpası işlərinə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
8
xezerxeber.az

1Источники