RU

BDYPİ: Aramsız yağan yağıntının yollarda yaratdığı çətinliklər aradan qaldırılır 

Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları aidiyyəti qurumlarla birgə çalışır.

BDYPİ-dən AZƏRTAC-a verilən məlumata görə, nasazlıq səbəbindən məcburi dayanan avtomobillər yoldan kənarlaşdırılır, piyadaların yolu təhlükəsiz keçmələrinə bilavasitə köməklik göstərilir.

Respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın intensiv hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparılır.

BDYPİ mövcud hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırıb.

Избранный
5
22
azerbaijan-news.az

10Источники