RU

Rubio və Kallas G7 liderlərinin görüşündə Rusiya səbəbindən mübahisə ediblər

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kallas: "Bir il keçib və Rusiyaya heç nə edilməyib. Səbriniz nə vaxt bitəcək?"

Rubio: “Daha yaxşısını edə biləcəyinizi düşünürsünüzsə, xahiş edirəm, edin. Geri çəkiləcəyik"

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ-ı Ukraynaya qarşı müharibə səbəbindən Rusiyaya təzyiqi artırmaq istəməməsinə görə tənqid edib. AYNA.AZ xəbər verir ki, bu b arədə “Axios” portalı məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündə Kallas ABŞ dövlət katibi Marko Rubioya bir il əvvəl dediklərini xatırladıb. Həmin vaxt Amerika tərəfi Moskvaya təzyiqi artırmağa hazır olduğunu bəyan etmişdi.

"Bir il keçib və Rusiyaya heç nə edilməyib. Səbriniz nə vaxt bitəcək?", deyə Kallas soruşub. Rubio cavab olaraq səsini qaldırıb: "Müharibəni bitirmək üçün əlimizdən gələni edirik. Daha yaxşısını edə biləcəyinizi düşünürsünüzsə, xahiş edirəm, edin. Geri çəkiləcəyik".

Rubio həmçinin bildirib ki, Vaşinqton münaqişənin hər iki tərəfi ilə danışıqlar aparmağa çalışır, lakin yalnız birinə - Ukraynaya silahla, kəşfiyyat məlumatları və digər hallarla dəstək verir.

Mübahisədən sonra bir neçə Avropa ölkəsi naziri müzakirəyə müdaxilə edərək ABŞ-ı Ukrayna ətrafındakı münaqişənin həlli üçün diplomatik səyləri davam etdirməyə çağırıb.

“Axios”un iki mənbəsinə görə, görüşün sonunda Rubio və Kallas fikir ayrılıqlarını həll etmək üçün görüşü qısa müddətə dayandırıblar.

G7 görüşündən sonra Rubio jurnalistlərlə söhbətində ABŞ və Avropa arasındakı hər hansı bir fikir ayrılığı fikrini rədd edib: "Heç kim qışqırmır, səsini qaldırmır və ya mənfi bir şey demir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
ayna.az

1Источники