RU

Zelenskinin Qərbdən qəti tələbi - ya NATO üzvlüyü, ya da nüvə bombası…



Ukrayna Prezidenti Zelenski ölkəsinin təhlükəsizliyi üçün ya NATO üzvlüyü, ya da nüvə silahı tələb etdiyini bildirib. O, Kiyevin güclü təhlükəsizlik zəmanətləri olmadan qoruna bilməyəcəyini deyib.

"Onlar bizə açıq şəkildə deməlidirlər: “Sizə NATO üzvlüyü verəcəyik, sizə nüvə silahları verəcəyik”. İndiyə qədər heç kim bu məsələni göndəmə gətirməyib" – deyə Zelenski Fransanın "Le Monde" qəzetinə müsahibəsində bildirib.

Rusiya Prezidenti Putin əvvəlki açıqlamalarında Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini vurğulayaraq bunun Rusiya üçün birbaşa təhlükə yaradacağını bildirib. Moskva belə bir addıma sərt reaksiya verəcəyini bildirib. Rusiya kəşfiyyat mənbələri isə Avropadakı bəzi dairələrin Ukraynanı nüvə imkanları təmin etmək imkanını nəzərdən keçirdiyini iddia edir.

Tahir TAĞIYEV

Избранный
10
baki-xeber.com

1Источники