RU

Tramp müharibənin nə vaxt bitəcəyini açıqladı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ona və ölkəsinə “sonsuz müharibə” lazım deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp öz köməkçilərinə hərbi kampaniyanın məhdud zaman çərçivəsində aparıldığını ictimaiyyətə açıqlamağı tapşırıb. Bildirilir ki, fevralın 28-də başlayan əməliyyatın uzunmüddətli müharibəyə çevrilməsinin qarşısını almaq əsas prioritetlərdən biridir.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt də açıqlamasında hərbi kampaniyanın təxmini müddətinin dörd-altı həftə olacağını qeyd edib.

Ekspertlər hesab edirlər ki, bu yanaşma ABŞ rəhbərliyinin həm daxili siyasi təzyiqləri azaltmaq, həm də beynəlxalq arenada daha genişmiqyaslı eskalasiyanın qarşısını almaq niyyəti ilə bağlıdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
globalinfo.az

1Источники