RU

Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı

Mingəçevir

Mingəçevir su anbarı ərazisində 3 gündür itkin düşən 5 nəfərin yeri müəyyən edilib.Ulusum.az-ın bölgə müxbirinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış qrupu tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən şəxslər tapılıb. Məlum olub ki, balıq tutmaq məqsədilə su anbarına yollanan həmin şəxslər Ağdaş rayon sakinləridir.İlkin məlumata əsasən, onlar əlverişsiz hava və şərait səbəbindən köməksiz vəziyyətdə qalıblar. Axtarışlar nəticəsində şəxslərin yeri su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində müəyyən edilib.Qeyd olunur ki, bir neçə gündür itkin düşən şəxslərin hamısı sağdır. Hazırda xilasedicilər onların təhlükəsiz əraziyə təxliyəsi istiqamətində tədbirlər görür.Faktla bağlı araşdırma aparılır.R.İkramlıUlusum.az

Diqqət Çəkənlər

❗️Maştağada vəziyyət VİDEO

❗️Su basmış evdə polis vətəndaşları təxliyə edir VİDEO

Jurnalist çəkiliş zamanı suda qalan qadını xilas etdi

Избранный
70
9
ulusum.az

10Источники