RU

Pezeşkian: İnfrastrukturumuza edilən hücumlara sərt cavab verəcəyik

Pezeşkian: İnfrastrukturumuza edilən hücumlara sərt cavab verəcəyik

İran Prezidenti Məsud Pezeşkian ölkənin infrastrukturu və iqtisadi mərkəzlərinə qarşı hücumlara sərt cavab veriləcəyini bildirib. 

AFN.az xəbər verir ki, dövlət başçısı region ölkələrini öz ərazilərindən İrana qarşı hücumlarda istifadə olunmasına icazə verməməyə çağırıb.

"X" sosial media platformasındakı hesabı vasitəsilə açıqlama verən Pezeşkian, İranın önləyici hücumlar təşkil etmədiyini dəfələrlə bəyan etdiklərini vurğulayıb.

"Ölkənin infrastrukturu və ya iqtisadi mərkəzlərinin hədəf alınacağı təqdirdə, buna güclü şəkildə qarşılıq verəcəyik" - deyə o qeyd edib. Prezident regional dövlətlərə müraciət edərək "Əgər inkişaf və təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizin müharibəni sizin torpaqlarınızdan idarə etməsinə imkan verməyin" deyib.

Избранный
14
afn.az

1Источники