RU

Erməni qadının Paşinyana dediyi sözlər gündəm oldu

Ermənistanda Baş nazir Nikol Paşinyanın vətəndaşlarla görüşü zamanı diqqətçəkən anlar yaşanıb.Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.KİV yazır ki, Paşinyana münasibət birmənalı olmayıb. Onu ağır şəkildə tənqid edənlərlə yanaşı, dəstəkləyənlər də olub.Ölkənin Malatiya-Sebastiya rayonunda qadın Paşinyanı gördüyü üçün özünü "dünyanın ən xoşbəxt insanı" adlandırıb."Mən arzulayıram ki, xalqımız bir də Nikol Paşinyan dünyaya gətirsin, yəqin ki, onda erməni xalqının heç bir problemi olmaz," - o əlavə edib.Nikol Paşinyan isə cavabında bildirib ki, "şişirtməyə ehtiyac yoxdur".Erməni qadının Paşinyana dediyi sözlər sosial şəbəkənin xüsusən müxalif seqmentində müzakirələrə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
olaylar.az

1Источники