RU

Bu qidalar ürək üçün təhlükəlidir

Yüksək miqdarda ultra işlənmiş qida istehlakı ciddi ürək problemləri riskini əhəmiyyətli dərəcədə artırır.

Nəticələr Amerika Kardiologiya Kollecinin İllik Elmi Toplantısında təqdim edilib.

Araşdırmaya görə, gündə doqquz porsiyondan çox ultra işlənmiş qida qəbul edən şəxslərin ciddi ürək problemi yaşama ehtimalı gündə bir porsiyon qəbul edənlərlə müqayisədə 67% daha yüksəkdir. Ultra işlənmiş qidalara cips, dondurulmuş yeməklər, işlənmiş ət məhsulları, şəkərli içkilər və s. daxildir.

Tədqiqatda 45-84 yaş arası 6 814 şəxsin məlumatları analiz olunub. Qidalar dörd kateqoriyaya bölünüb: az işlənmiş və ya təbii, orta dərəcədə işlənmiş, ultra işlənmiş və digər. Gündə orta hesabla 9,3 porsiya ultra işlənmiş qida qəbul edənlər, 1,1 porsiya qəbul edənlərlə müqayisədə koronar ürək xəstəliyi, infarkt və insult riskində 67% artım nümayiş etdiriblər. 

Tövsiyə edilir ki, riskin azaldılması üçün istehlak olunan qida növünə diqqət yetirmək və qida etiketlərini oxumaq vacibdir. Etiketlər, ultra işlənmiş qidalarda daha yüksək olan şəkər, duz, yağ və karbohidrat miqdarını göstərir. Daha sağlam alternativlər arasında sadə yulaf, qoz-fındıq, paxlalılar və meyvə-tərəvəz məhsulları yer alır./Milli.Az


Telegram kanalımız
Избранный
2
8
yenisabah.az

9Источники