RU

Nyukasl klubunun sahibləri dəyişəcək?

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Səudiyyə Ərəbistanının Suveren Fondu "Nyukasl" klubunu satmaq niyyətində deyil.

QOL.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, son zamanlar Yaxın Şərq investorlarının "Sent-Ceyms Park" təmsilçisinə marağının azaldığı və klubu satmağa hazır olduqları barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Fondun daxilindəki mənbələrin məlumatına görə, klub satışa çıxarılmayıb və bu yöndə hər hansı dəyişiklik gözlənilmir. Hazırkı sahiblərin kluba böyük vəsait xərcləməməsi isə yeni stadion və məşq bazası məsələləri həll olunana qədər davam edəcək.

Qeyd edək ki, bu problemlər yoluna qoyulmayana qədər Sandro Tonali kimi aparıcı futbolçuların komandadan ayrılması ehtimal edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
2
qol.az

3Источники